Menu

Gerasimov Bakıyada hansı məsələləri müzakirə edib? - Ekspert şərhi

26.11.2019, 19:20
Gerasimov Bakıyada hansı məsələləri müzakirə edib? - Ekspert şərhi

Bu gün Prezident İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə iki dövlət arasındakı hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müakirə olunub.

Politoloq, təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev “AzPolitika.info”-ya görüşü şərh edərkən Rusiya ilə hərbi əməkdaşlığın mühüm əhəmiyyətə malik olduğunu vurğuladı: “Öncə nəzərinizə çatdırmaq istərdim ki, NATO və Rusiya arasında baş qərargah rəisləri səviyyəsində görüşlərin Bakıda keçirilməsi artıq ənənə halını alıb. Bunun özü müsbət haldır. Bu, Azərbaycanın yürütdüyü balanslı siyasətin, eləcə də hərbi bloklara qoşulmamaq siyasətinin nəticəsidir. Məhz buna görə də Bakı tərəflər arasında görüş üçün ən münasib məkan hesab edilir. Rusiya SQ-nin Baş Qərargah rəisinin Prezident İlham Əliyev tərəfindən qəbuluna gəlincə, bu, mühüm əhəmiyyət kəsb edən məsələdir. Rusiya ilə Azərbaycan arasında hərbi əməkdaşlıq mövcuddur. Rusiya Azərbaycan üçün hərbi tərəfdaşdır və eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədridir. Ona görə də hesab edirəm ki, bu görüş mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın hərbi müstəvidə daha da inkişafı, güclənməsi baxımından da önəmli bir məsələdir. Hesab edirəm ki, bu təmaslar nəticə etibarı ilə Azərbaycanın müdafiə qabiliyyətinin daha da güclənməsinə səbəb olacaq və ikitərəfli əməkdaşlığın genişləndirilməsi baxımından yeni perspektivlər açacaq”.

“AzPolitika.info”

Şərhlər

Özgür 2019-11-26 21:45:31

Gerasimov rus "doktrinasını" həyata həyata keçirir, nə Qarabağ?

t.ədalət 2019-11-26 19:45:18

Hörmətli Arzu müəllim,Rusiya bizim necə hərbi tərəfdaşımılzdır ki,Dağlıq Qarabağ və ona bitişik ərazilərin işğalını,Azərbaycan ordusunun əsgər və zabitlərinin qətlini ermənilərlə birgə aparır?"Tərəfdaş" bunamı deyirsiniz? birlikdə

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol