"Artıq seçki prosesinin əsas mərhələlərindən biri olan namizədlərin qeydə alınması prosesi başa çatıb”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının(MSK) sədri Məzahir Pənahov deyib.
O bildirib ki, Azərbaycanda keçiriləcək seçkilərdə 1606 bələdiyyəyə 15156 bələdiyyə üzvü seçilməlidir: "Bu il keçiriləcək bələdiyyə seçkilərində 42 mindən artıq müraciət olub. İmza vərəqələrini qaytaranların hamısı qeydə alınıb" .
MSK sədri qeyd edib ki, təxminən 50-60 namizəd qeydə alındıqdan sonra öz ərizəsi ilə namizədliyini geri götürüb və adlarının bülletenə düşməsini istəməyiblər: "Bülletenlərdə 41800-dən çox yaxın namizədin adı qeyd olunacaq. Əgər bu qalan müddətdə hansısa namizəd iştirakdan imtina etsə, bununla bağlı rəsmi şəkildə müraciət etməlidir. Bülletenlərdə həmin namizədlərin adınının üzərindən xətt çəkiləcək".


Şərhlər
.....
Nə olsun? 50 min də qeyd etsəniz seçki formal olacaq və İcra Hakimiyyətlərinin siyahisini təsdiq edəcəksiniz.Bunu artıq hamı bilir. Szin seçki saxtakarı olduğunuz məşhurdur.uğunuz
Bir qayda olaraq Azərbaycanda bələdiyyə sədrləri bir başa icra hakimiyyətləri başçılarının təqdimatı lə təyin olunur.Yerdə qalan üzvlər isə formal xarakterli olduğundan mənasızdır.Ona görə bu seçkilərin Məzahirbəyin iştirakı ilə keçirilməsi də formaldır.Məzahir bəy saxtalaşdırmada ustalığa malik olduğunu sübut edib.Ona görə heç olmasa Parlament seçkilərində Məzahir bəy istefaya getsin.Bəlkə bir az demokratik seçki ola.m