Menu

“Çelsi” uduzub, “Mançester Siti” qələbəni əldən verib

01.12.2019, 09:55
“Çelsi” uduzub, “Mançester Siti” qələbəni əldən verib

İngiltərə Premyer Liqasında XIV tura start verilib.

Apasport.az saytının məlumatına görə, turun ilk oyun günündə 6 qarşılaşma keçirilib.

Son çempion “Mançester Siti” səfərdə “Nyukasl”la görüşdə xal itirib. Yarışın lideri “Liverpul” isə öz meydanında “Brayton”u məğlub edib.

“Tottenhem” “Bornmut”la qarşılaşmada 3 xala sevinib. “Çelsi” isə “Vest Hem”ə uduzub.

Qeyd edək ki, tura dekabrın 1-də yekun vurulacaq.

İngiltərə Premyer Liqası 

XIV tur 

30 noyabr 

16:30. “Nyukasl” – “Mançester Siti” – 2:2 

Vilyams, 25, Şelvi, 88 – Sterlinq, 22, De Breyne, 82 

19:00. “Bernli” – “Kristal Pelas” – 0:2 Zaha, 45, Şlupp, 78 

19:00. “Çelsi” – “Vest Hem” – 0:1 Kressvell, 48 

19:00. “Liverpul” – “Brayton” – 2:1 

Van Diyk, 18, 24 – Dank, 78 

19:00. “Tottenhem” – “Bornmut” – 3:2 Alli, 21, 50, Sissoko, 68 – Uilson, 73, 90 

21:30. “Sauthempton” – “Uotford” – 2:1 İnqs, 78, Prous, 83 – Sarr, 24

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol