Menu

Nardaranda ər arvadını bıçaqlayıb

02.12.2019, 00:11
Nardaranda ər arvadını bıçaqlayıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Nardaran qəsəbəsində qeydə alınıb.

Belə ki, ailə münaqişəsi zəmnində Babayevə Təranə Tahir qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Yaralı təcili yardımın köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Müayinə zamanı onda döş qəfəsin sol yarısında bir ədəd kəsilmiş-deşilmiş yara aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol