Əlahiddə Ümumqoşun Orduda silahlanmaya mühəndis texnikaları daxil edilib - FOTO

Əlahiddə Ümumqoşun Orduda mühəndis təminatı işinin daha da yaxşılaşdırılması məqsədi ilə Türkiyə Respublikasının istehsalı olan mühəndis texnikalarının növbəti hissəsi silahlanmaya daxil edilib.

Əlahiddə Ümumqoşun Ordunun Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Araz çayı üzərindəki “Ümid” körpüsündən keçən Türkiyə Respublikasının HİDROMEK şirkətinin istehsalı olan təkərli və tırtıllı yükləyici, ekskavator və qreyderlər, eləcə də onların ehtiyat hissələri xüsusi daşıma vasitələri ilə Naxçıvan Muxtar Respublikasına gətirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar