Kadırov ona qarşı çıxan məşhur rejissoru təhqir etdi - “Mən və atam olmasaydı...”

Çeçenistan rəhbəri Ramzan Kadırov tanınmış rusiyalı rejissor Aleksandr Sokurovu təhqir edib.

“AzPolitika.info” xəbər verir ki, Rusiya mətbuatında R.Kadırovun rejissorun onun barəsində səsləndirdiyi fikrə cavabı dərc olunub.

Qeyd edək ki, dekabrın 10-da Rusiyanın İnsan Haqları Şurasının prezident Vladimir Putinin iştirakı ilə keçirilən iclasında şuranın üzvü olan A.Sokurov Ramzan Kadırov və onun atası Axmat Kadırovun “Rusiya qəhrəmanı” adını daşımasına yenidən baxılmasını təklif edib. Rejissor həmin şəxslərin bu ada layiq görülməsinin düzgün olmadığını bildirib: “Necə ola bilər ki, Pskov Diviziyasının (Çeçenistanda döyüşən diviziya-red.) həlak olmuş əsgərlərilə onlara qarşı döyüşən Kadırovlar eyni adı daşısın? Və necə anlamaq olar ki, Rusiya ilə döyüşənlər bu mükafatları qəbul edirlər?”

A.Sokurova sosial şəbəkə üzərindən cavab verən R.Kadırov isə rejissorun ünvanına təhqiramiz fikirlər səsləndirib. Çeçenistan rəhbəri yazıb ki, Sokurov çeçen xalqı haqqında həddindən artıq sərbəst və nifrət dilində danışır. Kadırov xatırladıb ki, məhz atasının və onun sayəsində böyük sayda hərbçinin, milis işçisinin və mülki vətəndaşın həyatı xilas edilib: “Əgər mən və atam olmasaydı, Sokurov və onun kimilər çoxdan ölkədən qaçmışdılar və Rusiyaya təpə arxasından hürürdülər...”

Rusiya prezidenti Vladimir Putin də kinorejissorun fikrilə razılaşmayıb. Elə yuxarıda qeyd edilən iclas zamanı Putin bildirib ki, Çeçenistanın Rusiyanın müdafiəsinə qalxan istənilən sakini qəhrəman adını daşımağa layiqdir. Xatırladaq ki, R.Kadırov və atası A.Kadırov Birinci Çeçenistan Müharibəsində Çeçenistanın müstəqilliyi uğrunda rus qoşunlarına qarşı döyüşsələr də, sonradan Rusiyanın tərəfinə keçiblər.

V.Nəsibov 

AzPolitika.info

635x100

Şərhlər

eloqlu 2019-12-12 03:48:04

Kecmeyibler ) satiliblar

Son yazılar