Türkiyə ABŞ-ı İncirlik hərbi bazasını bağlamaqla hədələyib

Türkiyə Rusiyadan S-400 raketdən müdafiə sistemlərini almasına və Suriya əməliyyatına görə ABŞ tərəfindən sanksiyalara məruz qaldığı təqdirdə Türkiyədə yerləşən ABŞ-a məxsus İncirlik hərbi bazasını bağlamaqla hədələyib.

Bu barədə Türkiyə Xarici İşlər naziri Mevlut Çavuşoğlu məlumat verib. “ABŞ Konqresinin üzvləri başa düşməlidirlər ki, Ankaraya xarici iradəni diktə etmək olmaz”, - Çavuşoğlu bildirib.

Onun sözlərinə görə Türkiyə incirlik yaxınlığındakı, NATO sistemi üzrə istifadə edilən Kürecik hərbi bazası ilə bağlı “məsələ qaldıra bilər”.

“RBC” xəbər verir ki, İncirlik hərbi bazası İkinci Dünya Müharibəsindən sonra tikilib. Soyuq müharibə dövründə bu baza Sovet İttifaqı ərazisində kəşfiyyat uçuşlarının həyata keçirilməsi üçün istifadə olunub, eləcə də bu bazaya nüvə silahı yerləşdirilib. Baza ABŞ hərbçiləri tərəfindən 1991-ci il Körfəz müharibəsində, eləcə də Əfqanıstanda, İraqda, Suriyada əməliyyatlar zamanı istifadə olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar