Menu

Sabah türkiyəli rəsmilər Rusiyaya səfər edəcək - İdlibdəki vəziyyəti müzakirə etmək üçün

22.12.2019, 23:54
Sabah türkiyəli rəsmilər Rusiyaya səfər edəcək -  İdlibdəki vəziyyəti müzakirə etmək üçün

Türkiyə, Suriyanın İdlib şəhərinə edilən hücumlara son qoymaq üçün hər cür səy göstərir.“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, sabah Türkiyə nümayəndə heyəti İdlibdəki vəziyyəti müzakirə etmək üçün Rusiyaya səfər edəcək: “Bu danışıqların nəticələrinə əsasən hansı addımlar atacağımıza qərar verəcəyik”.

Ərdoğan qeyd edib ki, mövcud vəziyyətə görə, İdlibdə yaşayan 80 mindən çox yerli sakin Türkiyə sərhədlərinə doğru hərəkət etməyə başlayıb.

Türkiyə dövlətinin başçısı Ankaranın təkcə bu qaçqınlar üçün məsuliyyət yükünü daşıya bilməyəcəyi barədə xəbərdarlıq edib. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol