Menu

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfə artırıb

23.12.2019, 10:40
Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfə artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Gürcüstandan 19 988 ədəd avtomobil idxal edib.

Bu barədə “Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika Xidmətindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 192 ədəd və yaxud təxminən 2 dəfə çoxdur.

11 ay ərzində Gürcüstandan Azərbaycana gətirilmiş avtomobillərin dəyəri 213,638 milyon ABŞ dolları təşkil edib. Bu isə illik müqayisədə 38,1% çoxdur.

Şərhlər

Omer 2019-12-23 11:37:07

Coxalib? Alin qabagin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol