Menu

Seçkiyə qatılan ekspertdən maraqlı addım – İmza verənləri bir-bir videoya çəkdi

23.12.2019, 16:31
Seçkiyə qatılan ekspertdən maraqlı addım – İmza verənləri bir-bir videoya çəkdi

Tanınmış təhsil eksperti, 61 saylı Neftçala Seçki Dairəsindən parlament seçkilərinə qatılan Kamran Əsədov maraqlı addım atıb. 

AzPolitika.info - nun verdiyi məlumata görə, o sosial şəbəkədəki hesabında imza vərəqələrini və müvafiq sənədləri DSK-ya təqdim etdiyini açıqlayıb: “Bir həftə ərzində namizədliyimin qeydə alınması barədə qərar qəbul ediləcək. Amma indi 2015-ci il deyil.
Bu dəfə hər bir imza atmış seçicinin həm öz şəklini, həm şəxsiyyət vəsiqəsinin şəklini çəkdim, həmdə imza atan yerdə videoya çəkdim". 

"Cəmi 10 imza vərəqəsi verilmişdi, məndə 500 nəfərə imzaladıb geri verdim. Hər bir imza müəllifi tərəfindən imzalanıb. Bütün sənədlər qaydasındadır” - deyə K.Əsədov yazıb.

AzPolitika.info


Şərhlər

oxucu 2019-12-23 20:13:49

Bu çox təqdirəlayiqdir.Alqışlamaq olar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol