Menu

“İnanıram ki, YAP seçkilərin qalibi ola biləcək” - Əli Əhmədov

23.12.2019, 20:34
“İnanıram ki, YAP seçkilərin qalibi ola biləcək” - Əli Əhmədov

“Bələdiyyə seçkiləri başa çatdı. İnanıram ki, Yeni Azərbaycan Partiyasının namizədləri seçicilərin səslərinin çoxunu qazanaraq yenə də seçkilərin qalibi ola biləcək. Bu inam hər şeydən əvvəl ölkədə uğurla həyata keçirilən Prezident İlham Əliyevin siyasətinə və onun hamı tərəfindən yüksək qiymətləndirilən nəticələrinə əsaslanır”.

APA xəbər verir ki, bunu YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov facebook səhifəsində yazıb.

O bildirib ki, Azərbaycanın böyüyən iqtisadiyyatı, insanların artan rifahı, şəhərlərin və kəndlərin dəyişən və müasirləşən siması, insanlara rahatlıq gətirən infrastruktur layihələri, ordumuzun güclənməsi və sair möhtəşəm nailiyyətlərimiz seçkilərdə qələbəmizin obyektiv əsaslarıdır.

“Yeni Azərbaycan Partiyasının çoxminli fəallarının, xüsusilə də gənc könüllülərin seçki təşviqatında fəal iştirakını, qələbəmiz naminə göstərdikləri fədakarlığı ayrıca qeyd etmək istəyirəm.

Qarşıda isə bələdiyyələrə seçilənlərin xalqa ləyaqətlə xidmət etməsi kimi böyük məsuliyyət və vəzifə dayanır. Şübhə etmirəm ki, Yeni Azərbaycan Partiyasını bələdiyyələrdə təmsil edən üzvləri öz məsuliyyətini lazımınca dərk edəcək, insanlara layiqincə xidmət göstərəcək, xalqın onlara göstərdiyi etimada layiq olmağa çalışacaqlar.

Bələdiyyələrə üzv seçilənləri təbrik edir, seçki kampaniyasında yaxından iştirak edən və əsl fədakarlıq göstərən partiya təmsilçilərinə təşəkkürümü bildirirəm”, - deyə o əlavə edib.

Şərhlər

eloqlu 2019-12-24 07:56:03

belke istefa veresen ) yerinede savadli bir qenc qelsin hiyyyy?

Vətəndaş 2019-12-23 22:43:44

.... millətin etibarını itirdiklərindən yalnız saxtakarlıq onlara yardım edə bilər.

Vətəndaş 2019-12-23 21:41:23

Adi bir bələdiyyə seçkisində də kürkünüzə birə düşüb ona görə də karuselləri işə salmısınız, görən bu biabırçılığa nə vaxt son qoyulucaq.

Mirzə AĞ 2019-12-23 21:22:49

Hörmətli cənab Əlixasiyyət! YAP cözü indi Azərbaycan insanında QICIQ yaradır!!!

Qasım 2019-12-23 20:56:53

Mən də inanıram ki, qəflətən belə bir xəbər yayılacaq ki,YAP buraxılıb.Parlamentin buraxılması kimi.Məntiqlə Parlament YAP-dan ibarət idi və özünü dogrultmaq bir yana biabırçılırların mərkəzində dururdusa bunun 1№-li günahı YAP-da idi və buna görə də bu partiya faktiki tükənib, korrupsiyalaşıb.Hakimiyyət yeni bir partiya yaratmalıdır və məncə bu istiqamətdə də iş gedir.Olsun məsəlçün TƏPTƏZƏ AZƏRBAYCAN PARTİYASI (TAP)

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol