"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Onun şəxsi keyfiyyətləri, bilikləri, qətiyyəti, yenilməz iradəsi, cəsarəti, məqsədyönlülüyü Azərbaycanı həmişə yeni qələbə və nailiyyətlərə doğru aparır. Onun gümrahlığı, tükənməz enerjisi və mehribanlığı hər birimiz üçün layiqli örnəkdir. Bu əlamətdar gündə Prezidentimizə möhkəm cansağlığı, uzun ömür, gözəl əhval-ruhiyyə arzulayıram! Qoy onun güc mənbəyi olan Azərbaycan xalqının sevgisi və inamı onun gələcək uğurlarının rəhni olsun!"
"Report" xəbər verir ki, bu sözlər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın “İnstagram” səhifəsində yer alıb.



Şərhlər
Allah prezidentimize uzun omur can saqliqi,iwlerinde uqurlar nesib etsin.Daima zirvelerde olsun.
Bizlerde tebrikk edirikk.Gözel insan gözel sexsiyyet her zaman ailesinin ve Azerbaycan yalqinin yaninda olsunnn.Sizleri coxxx isteyirikkk
Mehriban xanim mende sizin tebriklere qowluram cenab prezidentimize can sagligi arzu edirem amin inwallah.
Mehriban xanim bizde sizin tebrikinize qosularaq cenab prezidentimiz Ilham Eliyevi tebrik edirik Allah ona uzun omur versin Sizinle ve ovladlarinizla beraber