Menu

Bakıda mənzildə meyit aşkar olunub

25.12.2019, 00:37
Bakıda mənzildə meyit aşkar olunub

Bakıda qapısı bağlı qalmış mənzildən meyit aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə əsasən, bu barədə məlumat nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini aidiyyəti üzrə təhvil veriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol