Menu

Jirinovski lağ-lağı obyektinə çevrildi - VİDEO

26.12.2019, 18:18
Jirinovski lağ-lağı obyektinə çevrildi - VİDEO

Artıq 73 yaşı tamam olan Vladimir Jirinovskinin son çıxışları onun ciddi nitq və məntiq problemi yaşadığını, fikirlərini izah etməkdə çətinlik çəkməyə başladığını göstərir. 

“AzPolitika.info” xəbər verir ki, Jirinovskinin Rusiya Dövlət Şurasında prezident Vladimir Putinin rəhbərliyi altında keçirilən aqrar-sənaye kompleksinin inkişafı ilə bağlı iclasdakı çıxışı və həmin çıxışa hökumət üzvlərinin reaksiyası sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Dekabrın 26-da keçirilən iclasda söz alan LDPR sədri kənd təsərrüfatı sahəsində islahatlar aparmaq üçün özəl mülkiyyətin əhəmiyyətindən və yalnız mülkiyyətçi fermerlərin bu sektoru dirçəldə biləcəyindən danışmağa çalışıb. Lakin bu zaman fikrini çox dolaşıq formada, həm də yersiz misallarla izah etməyə çalışması iclasda iştirak edən hökumət üzvlərinin gülüşünə səbəb olub. Jirinovski gah dovşandan, gah məhəlləsindəki gilas ağacından danışaraq, nə demək istədiyini normal izah edə bilməyib.

Kadrlardan görünür ki, İqtisadi İnkişaf naziri Maksim Oreşkin nə qədər çalışsa da gülüşünü gizlədə bilmir. Dumanın sədri Vyaçeslav Volodinin isə gülməkdən sifəti qızarır və bunu gizlətmək üçün üzünü yana çevirir. 

Dmitri Medvedev də Jirinovskinin çıxışını təbəssümlə qarşılayır. İclasda iştirak edən jurnalistlər isə bildirirlər ki, Vladimir Putin LDPR sədrinin çıxışını dinləyən zaman köksünü ötürürdü.

Bu kadrları paylaşan sosial şəbəkə istifadəçilərinin əksəriyyəti V.Jirinovskini lağ-lağı obyektinə çeviriblər. Əsas fikir isə bundan ibarətdir ki, onsuz da qalmaqalları ilə məşhurlaşan Jirinovski artıq kifayət qədər yaşlandığından daha ağlını itirir və nə danışdığını heç özü də anlaya bilmir. 


Şərhlər

Kəndli 2019-12-27 05:46:09

Dəqiq-kəskin Siyasi felyoton snayperi!

Oqtay 2019-12-26 22:54:46

Tərcüməci ya da muxbir Jirinovski danışanda niyə gülıdüklərini düzgün qanmayıb və düzgün şəhr etmir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol