Menu

“Rusiya Tacikistana 2 ildən sonra S-300 sistemləri verəcək” - Şoyqu

27.12.2019, 00:29
“Rusiya Tacikistana 2 ildən sonra S-300 sistemləri verəcək” - Şoyqu

“AzPolitika.info”-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, qonşu ölkənin müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, ölkəsi iki ildən sonra - mütəxəssilərin hazırlanmasından sonra Tacikistanın hərbi idarəsinə S-300 Zenit-Raket Sistemləri verə bilər («TASS»).

Müdafiə naziri diqqəti xaricdəki Rusiya hərbi bazalarıın və onların sosial infrastrukturunun fəal inikşafına yönəldib.

2019-cu ildə Tacikistandakı 201-ci hərbi bazanın poliqonunda S-300 PS zenit-raket divizionu rusialı heyətlə sınaq-döyüş növbətçiliyinə verilib.

Şoyqunun sözlərinə görə, bu sistem iki ildən sonra -mütəxəssislərin müvafiq hazırlığından sonra Tacikistan silahlı qüvvələrinə verilə bilər.

O, əlavə edib ki, Çin, Hinlistan, Misir, Əlcəzair və Vyetnam hərbi-texniki əməkdaşlıq üzrə cari ildə Rusiya Federasiyasının başlıca həmkarları olaraq, qalıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol