Dekabr ayının 31-dən yanvarın 1-nə keçən gecə Bakıda keçirilən bayram şənliklərində rekord miqdarda insan iştirak edib. Yeni il gecəsi yüz minlərlə, bəzi hesablamalara görə isə milyona yaxın insan Bakı şəhərinin mərkəzinə toplaşıb.
"AzPolitika.info" Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinə istinadən bildirir ki, əvvəlki illərdən fərqli olaraq builki şənliklərdə paytaxtımızda daha çox qonaq qeydə alınıb. İnsanlar Bakıda yeni ili keçirmək üçün Azərbaycanın müxtəlif rayonlarından, eləcə də bir çox xarici ölkələrdən gəliblər. Bu ilin daha bir xüsusiyyəti paytaxtın küçə və parklarının bəzədilməsinə göstərilən xüsusi diqqət olub. Ölkə başçısının tapşırıqlarına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölmələri bayrama bir neçə həftə qalmış hazırlıq işlərinə başlayıblar.


Bayram tədbirlərinin yüksək səviyyədə təşkili işində böyük əmək sərf etmiş çoxlu sayda insanın da əməyini xüsusi olaraq qeyd etmək lazımdır. Şəhərin kommunal-təsərrüfat xidmətlətinin işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, nəqliyyatçılar və bir sıra xıdmət sahələrinin işçiləri gücləndirilmiş reimdə çalışıblar. Bayram günlərində paytaxtda təmizlik tədbirlərinin görülməsi, asayişin təminatı, qonaqların mənzil başına komfort çatdırılması böyük əmək tələb edirdi. Bütün gecəni xüsusi reimdə çalışan kommunal-təsərrüfat sahələri işçılərinin fədakar əməyi nəticəsində artıq yanvarın 1-i saat 06-00-da şəhərin park, meydan və küçələrində tam təmizlik hökm sürürdü.

Bu bir daha onu sübut edir ki, paytaxtın kommunal xıdmətlərinin işi artıq daha yeni səviyyədə təşkil edilib. Prezident İlham Əliyevin paytaxtın kommunal-təsərrüfatınin maddi texniki bazasının gücləndirilməsinə dair tapşırıqları və ölkəmizin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdəki tövsiyələrinə uyğun olaraq tələb olunan yeni xüsusi təyinatlı avtonəqliyyat vasitələri və texnika alınır, xidmətlər lazımi avadanlıqlarla təmin edilir, şəhərdə kommunal sahədə tətbiq edilənislahatlar isə öz bəhrəsini verərək bir milyona yaxın insanın iştirak etdiyi yeni il şənliklərindən sonra qısa müddətdə şəhərdə sanitar-təmizliyin yaradılmasını təmin edib.


Şərhlər