Menu

FHN çarpayıdan yıxılan ağırçəkili şəxsə köməklik göstərib

03.01.2020, 12:01
FHN çarpayıdan yıxılan ağırçəkili şəxsə köməklik göstərib

Bakıda ağırçəkili şəxsə kömək göstərilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda ağırçəkili 1 nəfərin yaşadığı mənzildə çarpayıdan yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol