Menu

İranlı hakerlər ABŞ hökumətinin saytına da hücum etdilər - FOTO

05.01.2020, 20:33
İranlı hakerlər ABŞ hökumətinin saytına da hücum etdilər - FOTO

İranlı hakerlər ABŞ hökumətinin saytına hücum edib. Virtualaz.org bildirir ki, iranlı hakerlər bunu “qisas” hücumu kimi dəyərləndirib.

Onlar bildirib ki, ilk gediş “yalnız İranın kiber bacarığının kiçik bir hissəsidir”: “Bu mesaj İran İslam Respublikasındandır. Biz regionlarda dostlarımızı, əzilən Fələstin, Yəmən, Bəhreyn xalqını, Suriya, İraq hökuməti və əhalisini, Livan və Fələstindəki həqiqi mücahidləri dəstəkləməyi dayandırmayacağıq. Onlar bizim tərəfdən dəstəklənəcək”.

Daha sonra düzəldilən fotoşopda ABŞ prezidenti Donald Trampa İran generalı tərəfindən yumruq zərbəsi dəydiyinə dair foto əks olunub.

Qeyd edək ki, bundan əvvəl ABŞ çağırış xidmətinin saytı da çökdürülüb.

Şərhlər

t.ədalət 2020-01-05 20:46:44

Hələlik qalib ABŞ-dır.İran nə edəcək,onu bilmirik.Yazıdan hiss olunur ki,Yaxın Şərq ölkələrindəki terror hadisələrini törədən İran imiş.Özünü "əzilən" ölkələrin xilaskarı kimi göstərməyə çalışan İran,nədənsə Dağlıq Qarabağda işğalçı rus və erməni ordusunun yanında idi.Hələ bir erməni tərəfi silah və sursatla təmin də edirdi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol