Şəkidə dəm qazından zəhərlənmə qeydə alınıb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, rayonun Kiş kənd sakini, 1957-ci il təvəllüdlü Bayram Əsgər oğlu Xəlilov kəskin zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı B. Xəlilovun yaşadığı evin hamamında dəm qazından zəhərləndiyi məlum olub.
B. Xəlilovun müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.


Şərhlər
Nİyə Azərbaycanda evlərə səmt qazı verilir?Axı əvvələr bu qaz zəhərli olduğundan havaya buraxılırdı. Bəs Azərbaycanın saf qazı niyə millətə verilmir? Azəriqaz millətə qənim kəsilib?