Menu

"Qlobal neft bazarının perspektivi tam dumanlıdır" - Ekspert qiymətləndirməsi

06.01.2020, 15:39
"Qlobal neft bazarının perspektivi tam dumanlıdır" - Ekspert qiymətləndirməsi

İran-ABŞ qarşıdurmasının pik həddə çatması dünya enerji bazarında ciddi təlatümlərə yol aça bilər. İndi qlobal neft təchizatçılarının yerləşdiyi bölgədə müharibə təhlükəsi tamamilə realdır. Tehran və Vaşinqton biri-birini, həmçinin müttəfiqlərini qarşılıqlı hərbi zərbələrlə hədələyir.

Hadislərin gedişatını AzPolitika.info-ya şərh edən Britaniyada yayımlanan "Natural Gas World" jurnalının, həmçinin Almaniya tele-radiosu "Deutsche Welle"-nin enerji məsələləri üzrə eksperti Dalğa Xatınoğlu qlobal bazarda ciddi dəyişikliklər gözlədiyini deyir. 

Ekspert "Brent" markalı neftin artıq 5 faiz yüksələrək 70 dollara yaxınlaşdığını xatırladır və qiymətlərin kəskin arta biləcəyini proqnozlaşdırır: "İki əsas səbəbə görə qiymətlər kəskin arta bilər. Keçən il dünyada dənizlə danışnan neftin 37 faizi Hörmuz boğazından keçib. Dəqiq rəqəmlə desəm, bu, günlük 15.37 milyon barell neft deməkdir. Eyni zamanda dünyanın 23 faiz LNG (maye qaz - red) eksportu da burdan olub: 2019 ildə 83.7 milyon ton. Neft məhsullarının 12 faizi də bu boğazdan keçib. Bu da günlük 2.2 milyon barell deməkdir. Beləliklə, Hörmüz dünyanın ən böyük neft və neft məhsulları ilə LNG keçidi boğazıdır".

Dalğa Xatınoğlu ikinci səbə kimi hazırda İran neft məhsulları idxal etmədiyini, günlük 500 min barellə yaxın ixraca malik olduğunu xatırladır: "Ancaq ABŞ bəyan edib ki, İranın neftayırma zavodlarını, o cümlədən, Abadanı vuracaq. Hələ bunlar yalnız İranın ətrafından cərəyan edən hadisələrlə bağlı ehtimallardır. İran Səudiyyə Ərəbistanı və onun müttəfiqlərini, o cümlədən, Birləşmş Ərəb Əmirliyinin və Bəhreynin neft obyektlərini vura bilər. Beləliklə, neft bazarının perspektivi tam dumanlıdır".

Neftin bahalaşması Azərbaycan üçün iqtisadi baxımdan sərfəlidir. Amma regionda müharibə situasiyasını da nəzərə alsaq, risklər də böyükdür. 

Ekspert bildirir ki, dünya bazarında neftin qiymətinin artması ilə yanaşı, digər istehlak malları da bahalaşır:"Nəzərə alsaq ki, Azərbaycanın böyük miqdarda idxalatı var. Demək, idxal məhsullarının qiyməti yüksələ bilər. Digər tərəfdən, ölkəyə qaçqın axını başlayacaq. Bu da özlüyündə ciddi problemlər deməkdir. Həmçinin "Capital Economist"-in proqnozuna görə, dünya iqtisdiyyatı İran-ABŞ müharibəsi ilə 0.5 faiz kiçiləcək. Bunların hamısının Azərbaycan iqtisadiyyatına təsiri var".

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol