Menu

26 yaşlı oğlan narkotikdən zəhərlənərək ölüb

07.01.2020, 11:00
26 yaşlı oğlan narkotikdən zəhərlənərək ölüb

Bakıda ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 1993-cü il təvəllüdlü Quliyev Xəyal Rasim oğlunun meyiti yaşadığı ünvanda aşkarlanıb.

X. Quliyevin meyitinin ilkin müayinəsi zamanı onun narkotik vasitədən zəhərlənərək öldüyü məlum olub.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol