Menu

Ərdoğan ermənilərə torpaq verdi!

26.09.2014, 15:50
Ərdoğan ermənilərə torpaq verdi!

Yarım əsr əvvəl müsadirə edilən ərazi ermənilərə qaytarılır

Yarım əsr əvvəl müsadirə edilən ərazi Türkiyənin erməni icmasına geri qaytarılacaq.

ANS PRESS-in məlumatına görə, məhkəmə Türkiyədə Zeytunburnu deyilən ərazidə yerləşən Müqəddəs Xilaskar adlı erməni xəstəxanasının 42 min kvadrat metr ərazisinin qaytarılması barədə qərarını qüvvədə saxlayıb. Məhkəmə eyni zamanda İstanbul bələdiyyəsinin qaldırdığı iddianı rədd edib.

Geri qaytarılan 42 min kvadrat əraziyə futbol stadionu və böyük avtomobil parkı, həmçinin idman kompleksi daxildir. Qaytarılan ərazinin dəyərinin təxminən 180 mln. ABŞ dolları həcmində olduğu bildirilib. Türkiyənin erməni icmasından bildirilib ki, bu ərazidə biznes mərkəzi, ticarət mərkəzi və ya xəstəxana tikiləcək, əldə olunan gəlirləri isə xəstəxana və erməni icmasının ehtiyaclarına sərf olunacaq.

Qeyd edək ki, sözügedən ərazi erməni xəstəxanasından 1964-ci ildə müsadirə edilib. 2011-ci il 28 avqust tarixində isə o dövr Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan müsadirə edilmiş əmlakı qaytarmağı öz öhdəsinə götürüb. Ərdoğan buna görə hətta fərman imzalayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol