Menu

Simon Kyaer "Milan"da

13.01.2020, 23:21
Simon Kyaer "Milan"da

“Sevilya”nın müdafiəçisi Simon Kyaer mövsümün ikinci hissəsində “Milan”da çıxış edəcək.

Trend-in məlumatına görə, o, icarə əsasında "Milan"da oynayacaq.

Qeyd edək ki mövsümün ilk dövrəsində danimarkalı müdafiəçi icarə əsasında A Seriyasında çıxış edən “Atalanta”nın şərəfini qoruyub. Bu müddət ərzində 6 oyun keçirib.

Kyaer karyerası boyunca İtaliya çempionatında keçirdiyi 89 oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol