Mingəçevirdə odlu silahdan açılan atəş nəticəsində bir nəfər yaralanıb

Mingəçevirdə 25 yaşlı gənc odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində, köçkün şəhərciyinin yanında baş verib. Belə ki, magistral yolun kənarında iki nəfər arasında başlayan mübahisə daha sonra münaqişəyə çevrilib. Nəticədə, 1995-ci il təvəllüdlü Ağdam rayon sakini Mirzəyev Ziyad Ələddin oğlu odlu silahdan açılan atəş nəticəsində döş qəfəsi nahiyəsindən xəsarət alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbi hələ məlum deyil. İlkin məlumata əsasən, hadisəni törədən şəxs də digər qəsəbədə yaşayan məcburi köçkündür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar