Zərrabda məktəb problemi qaldırıldı - Aqiyə Naxçıvanlı hökumətə müraciət edəcək + FOTOLAR

Bu gün 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən deputatlığa namizəd Aqiyə Naxçıvanlı təbliğat-təşviqat kampaniyası çərçivəsində Oğuz rayonunun Zərrab kənd orta məktəbində olub.

O, məktəbin təlim-tədris prosesi ilə maraqlanıb, sinif otaqlarını gəzib, müəllimlərlə görüşərək onların rəy və təkliflərini dinləyib.

Namizədə bildirilib ki, məktəbin həyətində ibtidai təhsil məqsədi ilə 5 yeni sinif otağı tikilsə də, bu tədris prosesi zamani ehtiyacları tam ödəmir. Çünki tədris ocağının əvvəl tikilmiş hissəsi artıq qəzalı vəziyyətə düşüb.

Bundan başqa məktəbin ərazisi çox kiçik olduğundan, idman meydançası belə yoxdur. Namizəd məsələnin ciddiliyini nəzərə alaraq yaxın zamanlarda Zərrab kənd tam orta məktəbinin yeni layihə əsasında yenidən tikilməsi üçün aidiyyəti orqanlara müraciət edəcəyini bildirib.

Zərrab kəndindən seçki qərargahına gələn xanım Aqiyə Naxçıvanlı qərargah üzvləri ilə toplantı keçirib.

Toplantıda çıxın edən namizədin vəkili Emin Əzimli təbliğat-təşviqat kampaniyası başlayan gündən görülən işlərin hesabatını verib, bundan sonrakı planlar barədə danışıb.

YAP Oğuz Rayon Təşkilatının sədri Saleh Məhərrəmov təşviqat kampaniyası zamanı qarşıya çıxan və nəzərə alınmalı yeni detalların olduğunu söyləyib. Qeyd etdiyi bəzi məsələlərin təbliğat planına daxil edilməsini təklif edib.

Daha sonra qərargahın digər üzvləri komanda ilə təklif və rəylərini paylaşıblar.

Sonda çıxış edən deputatlığa namizəd Aqiyə Naxçıvanlı qərargah üzvlərinə müasir informasiya texnologiyalarından istifadə etməklə seçki taktikasını daha mükəmməl və diqqətli aparmağı, hər xırda nüansı nəzərə almağı tövsiyə edib. O, təşviqat kampaniyasında ölkə Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu hədəflərə nail olmaq üçün göstərdiyi yolu əsas götürməyi tapşırıb.

Qərargahın iclası bitdikdən sonra Aqiyə Naxçıvanlı Oğuz rayonundan olan bir qrup gənci qəbul edib.

Hansı ki, bu gənclər Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən “İntellektual Klubların II Gənclər Kuboku” intellektual çoxnövçülük turnirinin regionlar üçün seçim mərhələsində iştirak edib və 160 komanda arasından ilk 15-liyə düşən “Oğuz komanda”sının üzvləri olublar.

Səmimi münasibətlər fonunda keçən görüşdə Aqiyə xanım onların fəaliyyətini izlədiyini və nailiyyətlərinə sevindiyini bildirib, komandaya uğurlar arzulayıb.

635x100

Şərhlər

Oğuzlu 2020-01-26 20:16:41

....Nə məktəb,nə tikinti! İnçallah görəcəksiniz...

pensioner 2020-01-26 11:15:38

yaşlılıar deputatlığına son qoyub mənim kimi nəvə-nəticələrin ilə məşğul olasunlar

Son yazılar