Menu

Pərvin Kərimzadə görüşlərini davam etdirir – FOTO, VİDEO

01.02.2020, 16:13
Pərvin Kərimzadə görüşlərini davam etdirir – FOTO, VİDEO

37 saylı Nizami birinci (Gəncə) Seçki Dairəsindən fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizəd Pərvin Kərimzadənin seçicilərlə görüşləri uğurla davam edir. 

Namizədin seçki qərargahından “AzPolitika.info”-ya verilən məlumata görə, növbəti görüş Gəncədə Bala Bağbanlar adlanan ərazidə və Yeni Gəncə qəsəbəsində olub.

Seçiçilərin qapılarını döyərək, onların arzu və istəklərini öyrənən, təkliflərini dinləyən Pərvin Kərimzadə Gəncə sakinlərinin səmimiyyətinin, isti münasibətinin, qonaqpərvərliyinin bir daha şahidi olub.


Bala Bağbanda seçicilərlə görüş zamanı deputatlığa namizəd ötən əsrin 70-80-ci illərdə Gəncə şəhərinin tarixi-mədəni abidələrinin bərpasında iştirak edən Kamil Rzayevin qonağı olub. Maraqlı keçən söhbət zamanı Pərvin Kərimzadə mədəni abidələrin bərpasını əks etdirən tarixi şəkillərlə tanış olub.

Səmimi keçən görüşlərdə seçicilər ailə üzvləri ilə birlikdə seçki məntəqələrinə gələrək, Yeni Azərbaycan Partiyasının namizədi Pərvin Kərimzadəyə yenidən Milli Məclisdə onları təmsil etməsi üçün dəstəkləyəcəklərini qeyd ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol