Menu

Çingiz Qənizadə fərdi görüşləri davam etdirir - FOTOLAR

04.02.2020, 15:56
Çingiz Qənizadə  fərdi görüşləri davam etdirir - FOTOLAR

80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə dairəni əhatə edən 40 kənddə görüşlərini başa çatdırıb. Modern.az xəbər verir ki, deputatlığa namizəd yerdə alan bir neçə gün ərzində seçki qərargahında vətəndaşlarla fərdi formada görüşlər keçirəcək.

Belə ki, kəndlərdəki görüşlər zamanı ayrı-ayrı müraciətlər Çingiz Qənizadə tərəfindən dinlənilib. Müraciətlərlə bağlı ətraflı məlumat almaq, yaxud da, ətrfalı məsləhətlər vermək üçün həmin şəxsləri seçki qərargahına görüşə dəvət edərək onlarla fərdi qaydada görüşlərini həyata keçirir.

Görüşlər zamanı insanları narahat edən bir çox məsələlər ətrafında ya onlara hüquqi məsləhətlər verilir, ya da hüquqi sənədləşmələrə köməklik göstərilir. Eyni zamanda, vətəndaşların məhkəmə, istintaq və digər orqanlarda olan işləri ilə bağlı seçicilərə müdafiə hüququnun təmin edilməsi üçün müəyyən istiqamətdə məsləhətlər verilir.

Məlumat üçün bildirək ki, Çingiz Qənizadənin fərdi görüşləri növbəti günlərdə də davam etdiriləcək.

Şərhlər

Seçici 2020-02-04 16:13:04

Bunlar özləri də bilir və səs də verdilər hamısı bir nəfər kimi parlamenti buraxdılar və təsdiqlədilər ki bunlar millət vəkilliyindən başqa hər şeyə yarayırlar. İndi yenə də əl çəkmirlər, başqaları seçilsin bəlkə millətə bir xeyir verə bildilər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol