Yeni Azərbaycan Partiyasının (YAP) 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən namizədi Sadiq Qurbanov son iki gündə fəal seçki kampaniyasını davam etdirib.

S.Qurbanov ötən bazar günü Siyəzən rayonunun Gənclik qəsəbəsinin, həmçinin rayonun M.Ə.Sabir, Ə.Vahid və A.Qaradağlı küçələrinin sakinləri ilə görüş keçirib.

Namizəd daha sonra “Siyəzən Broyler” şirkətinin kollektivi, həmçinin Siyəzən rayonunun neft-qaz sənayesi işçiləri ilə görüşüb, onlara seçki platforması haqda məlumat verib, sualları cavablandırıb.

S.Qurbanovun son 2 gündəki görüşlərindən fotoları təqdim edirik: