Yeni Azərbaycan Partiyasının (YAP) 54 saylı Şirvan-Siyəzən Seçki Dairəsindən namizədi Sadiq Qurbanovun parlaq təbliğat-təşviqat kampaniyası davam edir.
Bütün ölkə üzrə ən yaxşı kampaniya aparan namizədlərdən biri olan S.Qurbanov, təbliğat mərhələsinin son günlərində seçicilərlə silsilə görüşlərini daha da intensivləşdirib. O, seçki dairəsinin əksər yaşayış məntəqələrində və cəmiyyətin aparıcı təbəqələri ilə görüş keçirməyi, seçki platforması barədə seçicilərinə üzbəüz məlumat verməyi və onları dinləməyi qarşısına məqsəd qoyub.
Namizədin yanvarın 4-də Şabran rayon müəllimləri ilə keçirdiyi görüş xüsusilə fərqlənib. S.Qurbanovun seçki qərargahının məlumatına görə, rayonun Mədəniyyət Sarayında baş tutan görüşdə çıxış edən ziyalılar YAP-ın namizədinə tam dəstək vəd ediblər.
S.Qurbanovun ard-arda Şabran rayonunun Sincanboyad və Padar kəndlərinin sakinləri, “Azərxalça” ASC-nin Şabran filialının toxucuları, Siyəzən rayonunun sahibkarları, səhiyyə işçiləri ilə görüşlərində də həmin əhval-ruhiyyə hökm sürüb. Bunu sözügedən görüşlərdən çoxsaylı fotolar da sübut edir.
Həmin fotolardan bir qismini təqdim edirik:






















Şərhlər