İsazadə Elxan Eyvaz oğlu 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.
1998-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsinin bakalavr pilləsini bitirib, həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidməti bitirdikdən sonra elə həmin universitetin hüquq fakültəsinin magistr pilləsinə daxil olub, cinayət hüququ, cinayət prosesi, kriminalistika, məhkəmə ekspertizası ixtisası üzrə təhsilini davam etdirib.
10 ildən artıq müddətdə Ədliyyə Nazirliyində işləyib. Daha sonra BDU-nun hüquq fakültəsinin “Cinayət hüququ və kriminologiya; cəza-icra hüququ” ixtisasının fəlsəfə doktoru proqramının doktorantı olub.
Hazırda BDU-da elmi tədqiqat işləri ilə məşğul olur. 10-dan artıq elmi məqalənin müəllifidir. Eyni zamanda “Ortoped” MMC-də hüquqşünas kimi fəaliyyət göstərir.
Elxan İsazadə 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsindən deputatlığa namizədliyini irəli sürüb.
Elxan İsazadənin videomüsahibəsini təqdim edirik:

Şərhlər
Səsverməyə bir ğün qalmış səs verəcəyim adamı müəyyənləşdirdim.Cox fikirləşirdim kimə səs verim layiqli namizəd ğörmürdüm.İndi butun ailəm və qohumlarımla SİZƏ ELXAN MÜƏ.SƏS VERƏCƏYİK.