Menu

Aqiyə Naxçıvanlı seçki marafonunu yekunlaşdırdı - FOTOLAR

07.02.2020, 20:03
Aqiyə Naxçıvanlı seçki marafonunu yekunlaşdırdı - FOTOLAR

Yeni Azərbaycan Partiyasından deputatlığa namizəd Aqiyə Naxçıvanlı 117 saylı Oğuz-Qəbələ dairəsi üzrə bütün məntəqələrdə görüşlər keçirərək seçki marafonunu yekunlaşdırdı.

O, hər bir görüşdə seçiciləri tərəfindən mehribanlıq və coşqu ilə qarşılandı. Seçicilər Aqiyə xanıma uğurlar arzulayaraq fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcəklərini və yekdilliklə Aqiyə Naxçıvanlını dəstəkləyəcəklərini bildirdilər.

Aqiyə Naxçıvanlı bu müddət ərzində onunla görüşlərə gələn bütün seçicilərə minnətdarlıq edərək, onları daha güclü Azərbaycan naminə fevralın 9-da keçiriləcək seçkilərdə fəal olmağa çağırdı.


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol