Yeni Azərbaycan Partiyasının 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən deputatlığa namizədi Sadiq Qurbanov bu gün təşviqat kampaniyası çərçivəsində son və ən möhtəşəm görüşlərindən birini Siyəzən rayon Mədəniyyət Mərkəzində keçirib.
“Bu gün Siyəzən rayonu Mədəniyyət Mərkəzində təbliğat-təşviqat kampaniyası çərçivəsində zirvə görüşümüzü keçirdik. Təbliğat dövrü ərzində mənə göstərilən xoş münasibətə və səmimiyyətə görə bütün Şabran və Siyəzən seçicilərinə təşəkkür edirəm. Mən də söz verirəm ki, təmsilçiniz olacağım halda daim sizin yanınızda olacaq, səsinizin Milli Məclisdə gur səslənməsini şərəflə təmin edəcəyəm. Yaşa qədirbilən Azərbaycan xalqı!”, - namizəd bugünkü görüş barədə “Feysbuk”da yazıb.
Qeyd edək ki, S.Qurbanov hakim partiyanın ən yaxşı təşviqat kampaniyası aparan namizədlərindən biridir.
S.Qurbanovun sonuncu görüşündən fotoları təqdim edirik:










Şərhlər