“Böyük Britaniya səfirliyinin nümayəndələri bu gün Azərbaycanda keçirilən parlament seçkilərində rəsmi müşahidəçi qismində bir sıra seçki məntəqələrinə baş çəkirlər”.
Bunu Böyük Britaniyanın Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbərinin müavini Filip Barklay deyib.
“Böyük Britaniya səfirliyinin komandası parlament seçkisi günü rəsmi müşahidəçi olaraq bir sıra seçki məntəqələrinə baş çəkir. Seçkilər azad və uğurlu bir ölkə üçün həyati əhəmiyyət daşıyır. Bütün seçkilər şəffaf, əhatəli olmalı və namizədlərin yarışında bərabər imkanlar təklif edilməlidir”- deyə o, səfirliyin rəsmi “Facebook” səhifəsində yerləşdirilmiş video müraciətində deyib
“Bu gün gördüklərimizi şərh etmək niyyətində deyilik, çünki bu seçkilərin ən mühüm və ciddi təhlili ATƏT Missiyasının hesabatı olacaqdır", - Filip Barclay bildirib.

Şərhlər