Yeni parlamentin 31 deputatı pensiya yaşındadır – SİYAHI

Rəsmi nəticələrdən belə aydın olur ki, növbədənkənar parlament seçkisində qalib elan olunan şəxslərin 82 nəfəri əvvəlki Milli Məclisdə təmsil olunmuş və onun buraxılmasına səs vermiş deputatlardır. 

“AzPolitika.info” xəbər verir ki, 43 yeni deputatın mandat alması Milli Məclisin cəmi 35 faiz yenilənməsi deməkdir.

Maraqlıdır ki, yeni parlamentə düşənlərin 31 nəfəri pensiya yaşını keçmiş şəxslərdir. Bu şəxslərdən yalnız üçü əvvəlki parlamentdə təmsil olunmayıblar – Hicran Hüseynova (65 yaş), Anatoliy Rafailov (67 yaş) və Sabir Rüstəmxanlı (74 yaş).

Yeni-köhnə deputatların içərisində ən yaşlısı Fəttah Heydərovdur – 82 yaş. Hadı Rəcəblinin də daxil olduğu YAP-çı pensiyaçıların sayı 14-dür. Bunlar Mixail Zabelin (77 yaş), Eldar İbrahimov (75 yaş), Hüseynbala Mirələmov (75 yaş), Hadi Rəcəbli (73 yaş), Əhliman Əmiraslanov (73 yaş), İsa Həbibbəyli (70 yaş), Tahir Rzayev (70 yaş), Aqiyə Naxçıvanlı (70 yaş), Sədaqət Vəliyeva (65 yaş), Hicran Hüseynova (65 yaş), Oqtay Əsədov (65 yaş), Cavanşir Paşazadə (67 yaş), Sahibə Qafarova (65 yaş) və Bəxtiyar Sadıqovdur (69 yaş).

Yeni parlamentin tərkibindəki pensiyaçı deputatların 10 nəfəri bitərəfdir. Bunlar Fəttah Heydərov (82 yaş), Ziyad Səmədzadə (80 yaş), Səttar Möhbalıyev (65 yaş), Madər Musayev (73 yaş), Rasim Musabəyov (69 yaş), Eldar Quliyev (68 yaş), Vahid Əhmədov (73 yaş), Anatoliy Rafailov (67 yaş), Aqil Abbas (67 yaş) və Əli Məsimlidir (67 yaş).

Pensiya yaşına çatmış deputatların yerdə qalanları isə digər partiyaların təmsilçiləridir ki, bunlara da Asim Mollazadə (67 yaş), Sabir Rüstəmxanlı (74 yaş), Rafael Hüseynov (66 yaş), Fəzail İbrahimli (69 yaş), Fəzail Ağamalı 73 (yaş) və Sabir Hacıyev aiddir.

“AzPolitika”

635x100

Şərhlər

letif 2020-02-15 11:16:52

sade vetendasi 65.olmamis cixarirlar

Elli 2020-02-12 17:51:03

Qocalar evinə "gənclik eliksiri" lazımdır.

deməli: 2020-02-12 16:38:30

MM -QOCALAR QƏBİRSTANLIĞIDIR!

Son yazılar