BU MƏNTƏQƏLƏRDƏ NƏTİCƏLƏR LƏĞV OLUNDU - Yenilənib
MSK-nın Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli “Report”a açıqlamasında deyib ki, həmin məntəqlərin (11 saylı Zaqatala-Balakən seçki dairəsinin 2, 123 saylı Kəlbəcər seçki dairəsinin 1 seçki məntəqəsi) nəticələri dairə seçki komissiyaları (DSK) tərəfindən ləğv edilib.
***
Parlament seçkiləri ilə əlaqədar indiyə qədər 3 seçki məntəqəsindən Mərkəzi Seçki Komissiyasına (MSK) hesabat daxil olmayıb.
“Report”un xəbərinə görə, 125 seçki dairəsi üzrə 5 573 məntəqədən 5 570-dən MSK-ya hesabat daxil olub.
Belə ki, bu günə qədər 111 saylı Zaqatala-Balakən seçki dairəsinin 2, 123 saylı Kəlbəcər seçki dairəsinin 1 seçki məntəqəsi MSK-ya hesabat verməyib.
Qeyd edək ki, MSK-nın açıqladığı ilkin nəticələrə görə, 111 saylı Zaqatala-Balakən seçki dairəsindən lider namizəd Kamilə Əliyeva, 123 saylı Kəlbəcər seçki dairəsindən isə lider namizəd Aqil Məmmədovdur.
Xatırladaq ki, Azərbaycan Milli Məclisinə seçkilər fevralın 9-da keçirilmişdi.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.