Menu

“ABŞ nəhəng casus, hakerlər imperiyasıdır” - Çin XİN

18.02.2020, 00:12
“ABŞ nəhəng casus, hakerlər imperiyasıdır” - Çin XİN

“AzPolitika.info”-nun xarici KİV-ə istinadla verliyi xəbərə görə, Çin Xalq Respublikasının (ÇXR) Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qem Şuan fevralın 17-də bəyan elib ki, Birləşmiş Ştatlar nəhəng kibercasus ölkədir.

Beləliklə, çinli diplomat Amerika və Almaniya xüsusi xidmətlərinin İsveçrə şirkətinin (Crypto AG) “kölgəsi altında” keçirliyi irimiqyaslı əməliyyatlar barədə KİV-in yaydığı xəbəri şərh edib.

«Faktlar növbəti dəfə sübut etdi ki, ABŞ beynəlxalq kiberməkanda nəhəng «izləyici dövlət»dir və sözün tam mənasında hakerlər imperiyasıdır. Onların dinləməsi artıq gerçək həyasızlıq, qanunsuzluq və sərhədsizlik səviyyəsinə yüksəlib» - diplomat bildirib.

Fevralın 11-də KİV-in yaydığı məlumatda deyilirdi ki, ABŞ-nın aparıcı nəşrləri tərəfindən həyata keçirilən «qlobal dinləmə»lərin ifşa olunmasının yeni mərhələsi başlanıb.

AzPolitika.info 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol