Menu

ABŞ Çin mallarının bir hissəsini əlavə rüsumlardan azad edib

19.02.2020, 20:50
ABŞ Çin mallarının bir hissəsini əlavə rüsumlardan azad edib

ABŞ Çindən idxal olunan 47 növ malı 2018-ci ilin sentyabr ayında qüvvəyə minmiş əlavə rüsum siyahısından çıxarıb.

“Report” Federal Reyestrin elektron bazasına istinadla xəbər verir ki, bu il avqustun 7-dək rüsumlardan azad edilən mallar arasında süni və pambıq parçalar, səyyar elektrik plitələr, yanacaq filtrləri, elektron tərəzilər, lotereya bileti satan cihazlar, dəyişən cərəyanla işləyən mühərriklər, kabel şəbəkələri üçün güc mənbələri, taxta uşaq çarpayıları, kamin bəzəkləri göstərilir.

Bu addımın səbəbləri arasında həmin mallardan bəzilərinin yalnız Çində istehsal olunması da var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol