Menu

Maqadandan qalxan təyyarə yerə çırpılıb

20.02.2020, 09:28
Maqadandan qalxan təyyarə yerə çırpılıb

Rusiyada təyyarə qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Maqadan şəhərindən havaya qalxan "An-2" təyyarəsi müəyyən yüksəkliyə qalxa bilmədiyi üçün sərt eniş edib və yerə çırpılıb.

Təyyarədə 14 nəfər olub, onlardan ikisi ekipaj üzvüdür.

Bütün sərnişinlər müayinə üçün xəstəxanaya aparılıb, yeddi nəfərin vəziyyəti orta-ağır qiymətləndirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol