MSK-nın İCLASI KEÇİRİLİB - Beş dairə üzrə şikayətlərə baxılıb (Yenilənib)

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 22 saylı Nəsimi İkinci Seçki Dairəsindən namizədliyi qeydə alınan Vüqar Məmmədovun müraciətinə baxılıb.

APA-nın məlumatına görə, bu barədə MSK üzvü Qabil Orucov məlumat verib.

Qabil Orucov bildirib ki, iddiaçı seçki günü dairə üzrə müxtəlif məntəqələrdə qanun pozuntularının olduğunu iddia edərək, müvafiq tədbirlərin görülməsini xahiş edib: “İddiaçı 27 məntəqədə səsvermənin nəticələrini mübahisələndirib. Araşdırma zamanı 1, 20, 24 saylı seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar müəyyən edilib. Təqdim edilən protokolların araşdırılması zamanı isə 11 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin seçicilərin iradəsini əks etdirmədiyi məlum olub. Ona görə də təklif edirəm ki, həmin seçki məntəqələrində səsvermənin nəticələri ləğv edilsin”.

MSK müraciəti müzakirəyə çıxarıb və 1, 11, 20, 24 saylı seçki məntəqələrində səsvermənin nəticələri ləğv edilib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 9 saylı Binəqədi ikinci seçki dairəsindən namizədlər - Ülvi Həsənov və Şəhriyar Bayramovun müraciətinə baxılıb.

“Report”un xəbərinə görə, bu barədə MSK üzvü İlkin Şahbazov məlumat verib.

O bildirib ki, namizəd müraciətində səsvermə günü pozuntuların olduğunu iddia edib.

Qeyd olunub ki, araşdırma zamanı sözügedən dairənin 20 saylı seçki məntəqəsində keçirilən səsvermənin seçicilərin iradəsini özündə əks etdirmədiyi məlum olub.

Komissiya 20 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edib.

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 9 saylı Binəqədi ikinci seçki dairəsindən namizədlər - Ülvi Həsənov və Şəhriyar Bayramovun müraciətinə baxılıb.

“Report”un xəbərinə görə, bu barədə MSK üzvü İlkin Şahbazov məlumat verib.

O bildirib ki, namizəd müraciətində səsvermə günü pozuntuların olduğunu iddia edib.

Qeyd olunub ki, araşdırma zamanı sözügedən dairənin 20 saylı seçki məntəqəsində keçirilən səsvermənin seçicilərin iradəsini özündə əks etdirmədiyi məlum olub.

Komissiya 20 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edib.

* * *

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 81 saylı Beyləqan seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

“Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü İlham Məmmədov məlumat verib.

Onun sözlərinə görə, müraciətdə həmin dairənin bir sıra seçki məntəqələrində səsvermə günü pozuntuların olduğu iddia olunub.

Qeyd olunub ki, həmin dairə üzrə 4 seçki məntəqəsində pozuntu hallarının baş verdiyi araşdırmalardan sonra məlum olub.

İclasda 81 saylı Beyləqan seçki dairəsinin 1, 4, 6 və 31 saylı seçki məntəqələrinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

* * *

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizəd Süleymanlı Aygün Yunis qızının (Aygün Muradxanlı) müraciətinə baxılıb.

“Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü İlham Məmmədov məlumat verib.

İ.Məmmədov bildirib ki, namizəd A.Süleymanlı müraciətində sözügedən dairədə səsvermə günü seçki pozuntularının qeydə alındığını iddia edib və dairə üzrə səsvermənin nəticələrinin ləğv olunmasını istəyib.

Komissiya həmin müraciətlə əlaqədar olaraq araşdırmalar aparıb.

Qeyd olunub ki, araşdırma zamanı müraciətdə qeyd olunan hallar öz əksini tapmayıb.

İclasda 28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizəd Aygün Muradxanlının müraciətinin təmin edilməməsi ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, 28 saylı Sabunçu üçüncü seçki dairəsinin lider namizədi Eldar Quliyevdir.

* * *

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 91 saylı Ucar Seçki Dairəsindən deputatlığa namizəd Məmmədov Əbil Abbas oğlunun müraciətinə baxılıb.

“Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

A.Muxtarova bildirib ki, müraciətdə həmin dairənin bir neçə məntəqəsində pozuntular olduğu əks olunub: “Ona görə də müraciət əsasında araşdırmalar aparılıb. Komissiya bu müraciət üzrə hərtərəfli və geniş araşdırmalar aparıb”.

İclasda qeyd olunub ki, 18 və 38 saylı seçki məntəqələrində səsvermənin nəticələri 91 saylı Ucar Seçki Dairəsi tərəfindən ləğv edilib.

Komissiya həmin dairənin 18 və 38 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib. Bununla da DSK-nın qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, bu dairənin lider namizədi Həsən Ramil Sahib oğludur.

* * *

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.

“Report” xəbər verir ki, iclasda komissiya üzvləri 2020-ci ilin fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxır.

MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında, ümumilikdə, 4 dairə üzrə baş tutan seçkidə səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə

- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli

- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu

- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.

635x100

Şərhlər

Abbas 2020-03-09 20:04:23

Şikayətlərə baxılması da MSKnın yerində olmadığına, qanun pozuntusuna (əslind cinayətə ) yol verilmiş Seçki məntəqələrinin cəzasız qalması,Ölkədə qanunu ali olmadığının sübutudur.

namizəd 2020-02-23 14:20:40

Şəki 113-saylı DSK-nın Protokollarında korrupsiya əməllərindən xabər verir ?

vətəndaş 2020-02-21 17:48:32

MK tam tərkibdə qovulmalıdır.Bu qədər secki cinayəti olmaz!

Son yazılar