Menu

İranda məktəb və universitetlərin bağlanması haqqında qərar verildi

25.02.2020, 11:34
İranda məktəb və universitetlərin bağlanması haqqında qərar verildi

İran parlamentinin səhiyyə komitəsi fövqəladə iclasında məktəb və universitetlərin bağlanmasını qəbul edib.

Trend-in məlumatına görə, bunu İran parlamentinin səhiyyə komitəsinin sədri Əli Nobəxt Həqiqi deyib. Onun sözlərinə görə, komitə 3 aprelədək məktəb və universitetlərin bağlanmasını parlamentin sədrinə təklif edib.

Nobəxt əlavə edib ki, bu qərar yekun şəkildə qəbul edilərsə, yeni koronavirusun yayılması azalacaq.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi İranda indiyədək 60-dan çox şəxsin yeni koronavirusa yoluxduğunu və 12 nəfərin həlak olduğunu təsdiqləyib. Koronavirusa yoluxma şübhəlisinin sayı isə 900 nəfəri keçib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol