Menu

Gürcüstanın iqtisadiyyat naziri Azərbaycana səfər edəcək

25.02.2020, 16:30
Gürcüstanın iqtisadiyyat naziri Azərbaycana səfər edəcək

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava sabah Azərbaycana səfər edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, nazir fevralın 27-28-də Bakıda İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyanın iclasında iştirak edəcək. Toplantıda iki ölkə arasında birgə iqtisadi əməkdaşlığın inkişafının gələcək perspektivləri müzakirə olunacaq. Qeyd edək ki, komissiyanın həmsədrləri Gürcüstan və Azərbaycanın baş nazirləri - Giorgi Qaxaria və Əli Əsədovdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol