MSK MİLLİ MƏCLİSƏ SEÇKİLƏRƏ YEKUN VURDU - 87 seçki məntəqəsi buraxılıb

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərə yekun vurub.“Report” xəbər verir ki, bununla əlaqədar məsələ MSK-nın bu gün keçirilən iclasında müzakirə edilib.

Milli Məclisə seçkilərdə dairə seçki komissiyası protokolarının və onlara əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrinin müəyyən edilməsi və seçkilərin ümumi yekunlarına dair protokolun tərtibi və MSK tərəfindən seçkilərin ümumi yekunlarına dair protokolun təsdiq edilməsi və seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün dairə seçki komissiyası protokollarının və onlara əlavə edilmiş sənədlərin Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsi səsverməyə çıxarılaraq yekdilliklə qəbul edilib.

Azərbaycanda 87 seçki məntəqəsi və məntəqə seçki komissiyaları buraxılıb. APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasınıln bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova məlumat verib.

A. Muxtarova bildirib ki, həmin məntəqələr 9 fevral Milli Məclisə keçirilən seçkilər zamanı yol verdikləri nöqsanlara görə buraxılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar