Menu

Təhsil müəssisələrində dezinfeksiya işləri aparılır

03.03.2020, 00:43
Təhsil müəssisələrində dezinfeksiya işləri aparılır

“Ümumi təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işləri və qabaqlayıcı tədbirlər həyata keçirilir”.

Bu barədə Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib. Məlumatda qeyd olunur ki, Bakı Şəhər Dezinfeksiya Stansiyasının bölmələri tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 160 ümumi təhsil müəssisəsində koronavirusa qarşı dezinfeksiya işləri aparılıb. Digər təhsil müəssisələrində isə dezinfeksiya işlərinin aparılması davam etdirilir.

İdarədən verilən açıqlamada vurğulanır ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə Bakı Şəhər Dezinfeksiya Stansiyasının bölmələri arasında bağlanılmış müvafiq müqavilələr əsasında idarənin tabeliyindəki təhsil müəssisələrində dezinfeksiya işləri mütəmadi xarakter daşıyır və sanitar gigiyenik vəziyyət nəzarətdə saxlanılır. Həmçinin mövsümi virusların yayılma ehtimalına qarşı ənənəvi olaraq təhsil müəssisələrində profilaktiki tədbirlərin aparılması sürətləndirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol