YENİ SPİKER VƏ MÜAVİNLƏRİ KİMLƏR OLACAQ? - Sabah parlamentin ilk iclası keçiriləcək

Sabah- martın 10-da VI çağırış Azərbaycan Milli Məclisinin (MM) ilk iclası keçiriləcək. Toplantıda parlamentin spikeri, onu müavinləri seçiləcək, habelə komitələr formalaşdırılacaq. MM aparatında da yeni təyinatların olacağı gözlənilir. 

Xatırladaq ki, MM-in  şöbə müdiri Nizami Səfərov Samux-Şəmkir seçki dairəsindən deputat seçilib.

Vitse-spikerlərdən Bahar Muradova və Valeh Ələsgərov parlament seçkilərinə qatılmayıb. Prezident ötən il V. Ələsgərovu hökumətdə vəzifəyə təyin edib, B. Muradovanın isə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinə sədr təyin ediləcəyi gözlənilir.

Adçəkilən komitənin sədri Hicran Hüseyinova seçkilərə qatılıb və 42 saylı Sumqayıt İkinci Seçki dairəsindən deputat seçiilib. O bildirib ki, tutduğu vəzifədən azad edilməsi üçün ölkə prezidentinin sərəncamını gözləyir.

Beləliklə, MM ilk iclasında iki yeni vitse-spiker seçiləcəyi gözlənilir. Onlardan biri bitərəflərin, digəri isa hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi olacağı gözlənilir. Ehtimallara görə, bu postu Hicran Hüseynova tutacaq. Bitərəflərin nümayəndəsinin kim olacağı isə məlum deyil.

Xatırladaq ki, YAP ötən həftə İdarə Heyətinin iclasını keçirib. Toplantıda parlament rəhbərliyinə namizədlərlə bağlı müzakirələrin aparıldığı bildirilib.

AzPolitika.info 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar