Menu

İran BVF-dən 5 milyard dollar yardım istəyib

12.03.2020, 14:11
İran BVF-dən 5 milyard dollar yardım istəyib

Koronavirusun (COVİD-19) ən çox təsir göstərdiyi ölkələrdən olan İran Beynəlxalq Valyuta Fondundan (İMF) 5 milyard ABŞ dolları yardım istəyib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bildirib.

Bundan əvvəl, İMF-nin rəhbəri Kristalina Georgieva koronavirusun yayıldığı ölkələrə yardım edəcəklərini açıqlamışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol