Menu

Qaxda 2 avtomobil toqquşdu, xəsarət alanlar var

12.03.2020, 22:42
Qaxda 2 avtomobil toqquşdu, xəsarət alanlar var

Qaxda yol qəzası olub. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində baş verib.

Belə ki, hərəkətdə olan "VAZ" və "KİA" markalı avtomobillərin toqquşması nəticəsində Qax rayon sakini, 1988-ci il təvəllüdlü Vaqif Çingiz oğlu Heydərov və 1995-ci il təvəllüdlü Şövkət Murad oğlu Şahvələdov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol