Menu

Azərbaycanda koronavirusa yoluxan daha 3 nəfər sağaldı

14.03.2020, 11:59
Azərbaycanda koronavirusa yoluxan daha 3 nəfər sağaldı

Koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu müəyyən edilən 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıblar.

Bu barədə Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan məlumat verilib.

Bu günə olan məlumata görə, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib. Onlardan 6 nəfəri artıq müalicə olunaraq sağalıb.

Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirilir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.

Şərhlər

t.ədalət 2020-03-14 13:02:35

Maşallah,Azərbaycan səhiyyəsi dünyanı heyran qoyacaq!Dünyanıln başqa ölkələrində müalicəsi və dərmanı olmayan virusu,ayə,bizimkilər,görəsən, nə ilə sağaldıb?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol