Menu

Trampın koronavirus test nümunələrinin cavabı mənfi olub - YENİLƏNİB

15.03.2020, 10:14
Trampın koronavirus test nümunələrinin cavabı mənfi olub - YENİLƏNİB

ABŞ Prezidenti Donald Trampın koronavirusla bağlı verdiyi testin nəticələri mənfi olub.

APA-nın TASS-a istinadəla verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Prezidentin həkimi Şonan Konliyə istinadən verilən açıqlamada qeyd edilib ki, Vaşinqton Administrasiyasının başçısı sağlamdır.

****

ABŞ Prezidenti Donald Tramp koronavirus testindən keçib. RİA Novosti-nin məlumatına görə, bunu Tramp özü Ağ Evdə keçirdiyi mətbuat konfransı zamanı deyib.

O, qeyd edib ki, hələ testin nəticəsi məlum deyil.

Prezident hərarətinin olub-olmaması ilə bağlı suala isə belə cavab verib: "Səhhətim tamamilə normaldır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol