Menu

“Təhlükə görsək, fövqəladə vəziyyət elan edilməsi üçün hökumətə müraciət edəcəyik” - TƏBİB sədri

16.03.2020, 17:59
“Təhlükə görsək, fövqəladə vəziyyət elan edilməsi üçün hökumətə müraciət edəcəyik” - TƏBİB sədri

“Ölkəmizdə koronavirus infeksiyasının yayılması intensivliyi ciddi nəzarət altındadır. Karantində saxlanılanların bir qismi Bakı, digərləri rayonlardakı xəstəxanalardadır. Ağır halda olanlar Bakıda müvafiq xəstəxanalarda, daha yüngül vəziyyətdə olanlar rayonlardakı xəstəxanalardadır”

“Report”un xəbərinə görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı jurnalistlərə açıqlamasında deyib.

Azərbaycanda koronavirusla mübarizə ilə əlaqədar fövqəladə vəziyyət elan edilməsinə ehtiyac olub-olmamasına gəlincə, TƏBİB-in İdarə Heyətinin sədri qeyd edib ki, bu, vəziyyətdən asılıdır:

“Əgər belə bir təhlükə görsək, dərhal müvafiq qurumlara, hökumətə müraciət edərik. Ancaq bu gün infeksiyanın yayılma intensivliyi və prosesi nəzarətdə saxlamağımız buna qəti surətdə əsas vermir. Avropanın bir sıra ölkələri fövqəladə vəziyyət elan edib, amma Azərbaycanda vəziyyət elə deyil. Bizdə koronavirusla bağıl intensivlik o həddə deyil, ona görə də buna ehtiyac yoxdur”.

Şərhlər

Aqahüseyin Aqayev 2020-03-17 04:23:22

TƏBİB-idarə heyyətinin sədirinə.Qanköcürmə inistitunun direktorunu dəyişdiyiniz ücün SİZƏ dərin təşəkkür edirik. Bu bardaqxanaya son qoyuldu ora QULDURLUQ yuvası iydi.Amma yeni direktora maniyəcilik ğöstərənlər hələdə var .Kecmiş direktor və dəstəsi dövlətin milyonlarını MƏNİMSƏYİB. Onu məsuliyətə cəlb etmək lazımdır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol