""Jara" festivalı keçirmək planı qüvvədədir" - Emin Ağalarov
Baxiş sayı:
Dərc olunub:
19/03/2020 - 16:03
Azərbaycan əsilli rusiyalı müğənni və iş adamı Emin Ağalarov dünyada koronavirus pandemiyasına baxmayaraq qastrollarını təxirə salmaq niyyətində deyil.
Rusiya mətbuatının yazdığına görə, müğənni Moskva, Monako, Düsseldrof, Bodrum və əlbəttə ki, Bakı şəhərlərində “Jara” musiqi festivalının keçirilməsi planlarının qüvvədə qaldığını özünün İnstagram səhifəsindən açıqlayıb.
“Mən ümid edirəm ki, biz bir-birimizi efemer virusla yoluxdurmayacağıq. Mən hesab edirəm ki, o ümumiyyətlə, ola bilsin hətta mövcud deyil”, - Ağalarov bildirib.
Müğənni bu günlərdə Yessentuki və Stavrapolda konsertlər verib. Mart ayı ərzində Kirov, Kazan, Samara və İjevsk şəhərlərində qastrol turları planlaşdırır.
(virtualaz.org)
Şərhlər
Kefdeseneeeee))) Acin toxdan xeberi !!!